TQDK orta məktəb müəllimlərinə müraciət edib

2012-01-27 15:03:29


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xüsusi diqqət yetirdiyi sahələrdən biri də qəbul imtahanlarına fərdi qaydada müstəqil hazırlaşan abituriyentlərə metodiki kömək göstərilməsidir. Qlobal şəbəkənin verdiyi imkanlardan yararlanan Komissiya 2010-cu ildən bu istiqamətdə yeni layihə həyata keçirməyə başlayıb. Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və Komissiyanın internet saytında yerləşdirilir.
   
   Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir.
   
   Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.
   
   TQDK bəyan edib ki, bu prosesdə iştirak etmək istəyən müəllimlər özlərinə aid məlumatları – çalışdığı orta məktəb, pedaqoji stajı və s. fotoşəkili ilə birgə press@tqdk.gov.az elektron poçtuna göndərə bilərlər.



Bu yazı 831 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV