Dövlət Komissiyası: Beynəlxalq təşkilatlar Azərbaycanda saxlanılan 5 nəfərlik erməni ailəsinin üçüncü ölkəyə göndərilməsi məsələsi

Komissiya Məmmədbağır Axundzadənin erməni əsirliyindən azad olunması istiqamətində beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq tədbirlər gö


2012-01-27 17:09:53


“Qarşı tərəfdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olan 1 Azərbaycan vətəndaşı saxlanılır. O, 23 yanvar 2012-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində əsir götürülmüş Azərbaycan hərbçisi, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur”. APA-nın xəbərinə görə, bu məlumat Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi saytında yerləşdirilib. Məlumatda bildirilir ki, hazırda Komissiya M. Axundzadənin azad olunması istiqamətində beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq tədbirləri aparır. Komissiya KİV-ə M. Axundzadə ilə bağlı tələsik və yoxlanmamış məlumatları yaymamağı tövsiyyə edib.
   
   Məlumatda o da bildirilir ki, hazırda Azərbaycanda 3 erməni əsir saxlanılır. Saxlanılan digər 5 nəfər isə bir ailənin üzvləri olan 5 mülki şəxsdir. Bu ailənin başçısı 2010-cu ilin yanvar ayında öz ailəsini maşına yığaraq onların həyatına böyük risq edib və Ermənistan-Azərbaycan sərhədini keçib.
   
   Həm beynəlxalq, həm də ölkə qanunlarına əsasən, bu insanlar öz ölkəsindən imtina edərək Azərbaycana qeyri-qanuni yolla gəlmiş sərhəd pozucularıdır: “Buna baxmayaraq, Azərbaycan Respublikası bu insanlara qarşı davranışında humanizm prinsiplərini rəhbər tutub. Hazırda onlar ölkələrindəki dözülməz vəziyyətə görə ora qayıtmaqdan imtina etdikləri üçün beynəlxalq təşkilatlar onların üçüncü ölkəyə göndərilməsi ilə bağlı məsələyə baxırlar”.



Bu yazı 759 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV