Azərbaycanda ötən il 170 ton ərzaq məhsulu məhv edilib

Mağaza sahibləri ilə 440 min manata yaxın cərimələnib


2012-01-27 18:05:48


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2011-ci ildə mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxardaraq məhv edib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il inzibati xətaya yol vermiş təsərrüfat subyektləri 1287,8 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 306,8 min manat min manat maliyyə sanksiyası tətbiq olunub.
   
   Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.
   
   Qeyd edək ki, növbəti maarifləndirmə tədbiri bu gün Sabirabad rayonunda təşkil edilib. "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilmiş Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən artıq istehlakçı iştirak ediblər.
   
   Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev möhkəm təməl üzərində qurulan Azərbaycan iqtisadiyyatının dinamik inkişafının 2011-ci ildə də davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını, işsizlik səviyyəsinin azaldığını vurğulayıb.
   
   Son zamanlar istehlakçıların maarifləndirilməsi sahəsində aparılan işlər daha da genişləndirilib, sosial reklam çarxlarının televiziya kanallarında yayımlanması təşkil olunub. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlər üzrə materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.
   
   
   
    Tədbir çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.



Bu yazı 793 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV