Tahir Əmiraslanov da Fransadan aldığı ordendən imtina edir

2012-01-27 20:45:37


Azərbaycanda Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarının cinayət sayılması ilə bağlı qəbul etdiyi qanuna təpkilər artır. Fransa ilə hər hansı əlaqələri olan tanınmış ictimai xadimlər bəyanatlar verərək bundan imtina etməyə başlayıblar.
   
   Modern.az saytının məlumatına görə, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da Fransa ilə əlaqlərindən imtina etməyə hazırlaşır. Xəbəri T.Əmiraslanovun özü də təsdiqləyib. Tanınmış kulinar Modern.az-a deyib ki, 2000-ci ildən onun Fransa ilə sıx mədəni əlaqələri mövcuddur. Tahir Əmiraslanov 2000-ci ildə Fransa Milli Mətbəx Akademiyasının üzü kimi bu ölkədən orden və medal alıb.
   
   “Mən 2000-ci ildə Fransa Milli Mətbəx Akademiyasının fəxri üzvuyəm. Fransa höküməti mənə Akademiyanın ordeni və medalını verib. Fransa Senatının qəbul etdiyi məlum ermənipərəst qanuna mən də bir azərbaycanlı olaraq etiraz edirəm. Əgər Fransa prezidenti Nikola Sarkozi həmin qanunu təsdiqləsə, onda mən Fransa Milli Mətbəx Akademiyasının fəxri izvlüyümdən imtina edib, orden və medalı qaytaracağam. Bunlarla bağlı mənə verilən diplomu, orden və medalı Fransanın Azərbaycandakı səfirliyinə təqdim edəcəyəm. Eyni zamanda Azərbaycan Milli Kulinariya Mərkəzi olaraq Fransa ilə bütün əməkdaşlıqdan da imtina edəcəyik”.
   
   T. Əmiraslanov onu da bildirib ki, məlum qərarın qəbulunda Fransa xalqının heç bir günahı yoxdu, hökümətin başında duran adamlar murdar hərəkətlərlə məşğuldurlar.
   
   “Bizim fransız xalqı ilə heç bir düşmənçiliyimiz yoxdu. Bu qərarı Senat artıq qəbul etdi, amma hardasa mümkündür ki, prezident Sarkozi onu geri qaytarsın. Əgər bu olmasa biz də etiraz olaraq dediyim addımı atmalı olacağıq”.
   
   Qeyd edək ki, tanınmış yazıçı və ictimai-xadim, Oskar mükafatı laueratı Rüstəm İbrahimbəyov da yanvarın 25-də Fransa ordenindən imtina edib. Ona həmin orden 2000-ci ildə verilib. İbrahimbəyov 90-cı illərin sonlarında yazdığı “Urqan” və “Şərq-qərb” ssenariləri əsasında Fransa ilə birgə çəkdiyi filmlərə görə bu ordeni alıb.



Bu yazı 796 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV