Sabir Rüstəmxanlı və Səftər Rəhimlinin məhkəməsi keçiriləcək

2012-01-28 12:28:26


Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına baxılacaq. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, proses yanvarın 30-da Fuad Talışinskinin sədrliyi Yasamal rayon məhkəməsində başlayacaq.
   
   Qeyd edək ki, DAK-ın birləşməsi ilə bağlı çəkişmələrdə Sabir Rüstəmxanlı bu birliyi istəyən şəxsləri İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq Səftər Rəhimli “Gündəlik Bakı” qəzetinə verdiyi müsahibədə “Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur” deyə bildirib. S.Rəhimli “Sabir Rüstəmxanlının vaxtı ilə rus “KQB”si ilə məcaralarından hər kəs danışır” deyib. Buna görə də Sabir Rüstəmxanlı avqustun 11-də Səftər Rəhimlini məhkəməyə verərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib.
   
   Xatırladaq ki, Binəqədi rayon məhkəməsi Sabir Rüstəmxanlının iddialarını iki dəfə əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razılaşmayaraq, Apelyasiya şikayəti verib. Sonda Apelyasiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi rayon məhkəməsinə göndərib.



Bu yazı 689 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV