Mövqe qəzeti
http://www.movqe-az.com/2012/01/28/read=33396

Bred Pitt evlənməyə hazırlaşır

2012-01-28 08:57:15


Məşhur aktyorlar, Hollivud ulduzları Bred Pitt və Ancelina Coli illərdən bəri qeyri-rəsmi nikahda yaşayırlar. İndi isə Pitt münasibətləri leqallaşdırmaq fikrindədir. Pitt 7 ildən bəri davam edən qeyri-rəsmi nikaha son qoyaraq 36 yaşlı Coli ilə evlənmək niyyətindədir. "Altı övladımız var və Ancelinanı çox sevirəm. Bunu övladlarımız da istəyir, hətta bizdən tələb edirlər. Onların fikrincə, nikahımız rəsmiləşərsə, daha yaxşı olar", - 48 yaşlı aktyor deyib. Xatırladaq ki, Bred Pitt və Ancelina Coli arasında münasibətlər "Mister və missis Smit" filminin çəkilişlərində başlayıb. Həmin vaxt Bred "Dostlar" serialının ulduzu Cennifer Enistonla evli idi. Bredlə Ancelinanın ailəsində 5 yaşlı Şilo, 3 yaşlı əkizlər Noksla Vivyen doğulub. Onların övladlığa götürdükləri Meddoksun 11, Paksın 8, Zaxarın isə 6 yaşı var.




Bu yazı ÇAP ET.