Yeni tikililərin ucuzlaşması davam edir

Ötən il ərzində Bakı şəhərində yeni tikililər 2,7% ucuzlaşıb


2012-01-26 07:22:31

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən 2011-ci ilin dekabrında Bakının ilkin mənzil bazarında qiymətlərin əvvəlki aya nisbətən 0,3% azalması qeydə alınıb. Orta qiymət dekabrda 1 kv.metr üçün 827,7 manatdan 825,2 manata düşüb.

Ötən ilin yanvar ayına nisbətdə qiymət azalması 2,7% təşkil edib, 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə isə qiymət fərqi 30,9% azalma ilə qeydə alınıb.

Dekabr ayı ərzində, əvvəlki aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib, 5 otaqlı mənzillər əsasən şəhərin I zonası, 1 otaqlı mənzillər isə daha çox III zonasının payına düşür.

Bazarı araşdıran birlik son illər mənzil alıcılarının seçim prioritetlərinin dəyişdiyini qeyd edir. Müşahidələr göstərib ki, alıcı yeni tikili almaq istədikdə, ilk növbədə tikilinin tamamlanmasına, mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcudluğuna, əmlakın yerləşdiyi ərazinin infrastrukturuna, sonra qiymətinə və daha sonra digər texniki göstəricilərinə fikir verir: "Əvvəlki illərdə alıcı üçün şəhərin kənarında tikilən və heç bir infrastruktura malik olmayan yaşayış binaları ucuz olduğundan daha cazibədar görünürdüsə, son ildə baxışlar dəyişib, infrastruktur tələbi ön sıraya çıxıb".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi qarşıdakı dövrdə mənzil tikintisi sektoruna təsir edəcək amilləri də açıqlayıb: "İstər mənzil tikintisi sektorunda, istərsə də əqdlərin bağlanmasında baş verəcək dəyişikliklər növbəti mərhələdə əsasən dünya bazarında enerji daşıyıcıların qiymətlərinin dəyişməsindən asılı olacaq. Çünki hazırda bir çox ölkələrdə daşınmaz əmlak bazarında baş verən proseslərin stabil şəkildə qalması tendensiyası davam etməkdədir", - deyə məlumatda bildirilir.



Bu yazı 30 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV