Süd məhsulları bahalaşır

Cümşüd Nuriyev: "Ölkə daxilində süd və süd məhsullarının qiymətini qaldıranlar əsasən onu kənardan gətirənlərdir"


Vahid Məhərrəmov: "İlbəil statistik məlumatlara baxanda da süd və süd məhsullarının idxalının getdikcə artdığının şahidi oluruq"


2012-01-26 07:22:34

Ölkədə bir sıra kənd təsərrüfatı məhsullarının yenidən bahalaşması tendensiyası müşahidə olunmaqdadır. Belə ki, artıq bazarlarda süd və süd məhsullarının qiymətində bahalaşmanın olduğu müşahidə edilir. Qeyd edək ki, ölkədə əhalinin südə olan tələbatının əsas hissəsi daxili istehsal hesabına ödənilir. Bununla belə süd və süd məhsulları həm də idxal olunur. Belədə ölkədə bu məhsullar üzrə bolluğun olduğu göz önündədir.

Amma buna rəğmən həmin məhsulların qiymətində artımlar var. Bundan başqa meyvə və quru meyvələrin qiymətində də yaxın vaxtlarda bahalaşmanın olacağı gözlənilir. Bunu da qarşıdan gələn Novruz bayramı ilə əlaqələndirirlər. Ümumiyyətlə bizdə satıcılar həmişə bu və ya digər bayramlar ərəfəsi ərzaq məhsullarının qiymətlərini qaldırmağa meyillidir. Xaricdə isə həmin vaxtlarda alıcı kütləsinin çox olması əsas götürülərək qiymətlər aşağı düşür. Azərbaycanda isə görünən odur ki, satıcılar alıcı kütləsinin çox olmasından bəhrələnərək qiymətləri qaldırmağa daha çox meyillidir. Süd və süd məhsulları, habelə meyvələrdə özünü göstərən bu prosesi dəyərləndirmək üçün ekspertlərə müraciət etdik.

Ekspert Cümşüd Nuriyev bahalaşmanı bu sahəyə nəzarətin zəif olması ilə əlaqələndirdi: "Vəziyyətin belə olması müvafiq qurumların fəaliyyətsizliyilə bağlıdır. Çünki dövlətin inzibati rıçaqlar vasitəsilə prosesə təsir göstərmək üçün hər cür imkanı var. Buna tarif tədbiri deyilir. Tarif tədbirilə ölkəyə gətirilən ərzaq məhsullarına gömrük rüsumunu qaldırmalıdır. Bu da ancaq Nazirlər Kabinetinin səlahiyyətindədir. Gömrük rüsumu qaldırılmalıdır ki, ölkəyə gələn süd və süd məhsullarının axını dayansın. Azərbaycana Baltikyanı ölkələrdən, Belarus, Türkiyə, Rusiya, İran, Almaniya, Danimarka, İsveç, Yeni Zellandiya və Avstraliyadan bu tip məhsullar idxal edilir. Bura az qala hər yerdən süd və süd məhsulları gətirilir. Hansı ki, bu qədər idxala ölkəmizdə ehtiyac yoxdur. Azərbaycanda əhalinin qazancının 73 faizi ərzaq məhsullarının alınmasına xərclənir. Rəqəmin böyük olmasının əsas səbəblərindən biri də daxili bazarın tənzimlənməməsidir. Kənardan gələn bahalı malları bir qrup adam alır. Xaricilər də gəlib həmin malın çeşidinə görə ona qiymət qoyur. Halbuki ölkə əhalisinin 70 faizinin qazancının 73 faizinin ərzağa getməsi mümkün deyil. Belə çıxır ki, ən çox yeyən bizik. Dövlət Statistika Komitəsinin rəqəmlərində isə bu hal iki dəfə az göstərilir. Bu boyda yanlışlıq ola bilməz. Xaricilər isə daha çox çeşidə baxıb belə qənaətə gəlir. Azərbaycanda pendirin qiyməti 1 manat 50 qəpikdən 19 manata qədər qalxır. Belədə orta qiymət birdən-birə altı dəfə yüksəlir. Hamının da bahalı ərzaq almaq imkanı yoxdur.

Ölkə daxilində süd və süd məhsullarının qiymətini qaldıranlar da əsasən onu kənardan gətirənlərdir. Daxildə isə kifayət qədər belə məhsullar var. Azərbaycanın süd və süd məhsullarına olan tələbatının azı 70 faizi daxildə istehsal olunur".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə bahalaşmanı həm xarici, həm də daxildə psixoloji amillərdə görür: "Vəziyyətin belə olması ondan qaynaqlanır ki, biz süd və süd məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəyə bilmirik. İlbəil statistik məlumatlara baxanda da süd və süd məhsullarının idxalının getdikcə artdığının şahidi oluruq. İdxaldan daha çox asılı olduğumuzdan qiymətlər də belə bahalaşır. Xaricdən gətirilən quru süd burada maye halına çevrilir və ondan həm pendir və yağ alırlar. Belə olan halda daxili bazarda qiymətlərin qalxması təbii olaraq idxaldan asılı olur. Bazarı özümüz təmin edə bilmədiyimizdən bu sahədə xarici amil ciddi təsirə malikdir. Meyvə və quru meyvələrin qiymətinin qalxma ehtimalı da əsasən xarici amillə əlaqədardır. Baxmayaraq ki, istehsalla bağlı verilən statistika yüksək olsa da, bu sahədə də idxal önəmli yer tutur. Biz İran, Türkiyə, Özbəkistandan quru meyvələri idxal edirik. Belədə meyvə və quru meyvənin qiymətinin bahalaşmasının gözlənilməsi də idxalla bağlıdır. Bizdə həmin məhsullar az istehsal olunur. Ona görə də istehlak tələbatımızı ödəyə bilmirik. Əməkhaqlarının nisbətən qaldırılması da bazara psixoloji təsir edir. Ona görə də süd və süd məhsullarındakı bahalaşmanı bu amillə də əlaqələndirmək mümkündür".

Rüfət NADİROĞLU


Bu yazı 31 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV