BP-nin üzərindən məsuliyyət götürüldü

2012-01-28 08:56:59

ABŞ-ın Luiziana ştatının dairə məhkəməsi Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyətin bir hissəsini BP şirkətinin üzərinə qoyub.

Məsuliyyətin digər hissəsi batan neft platformasının sahibi "Transocean" şirkətinin üzərinə qoyulub.

Eyni zamanda "Halliburton" şirkətinin də bu nəhəng qəzaya görə məsuliyyət daşıyan şirkətlər sırasına daxil ediləcəyi gözlənilir. BP bəyan edib ki, "Halliburton" şirkəti qəzanın baş verdiyi "BP Makonda" quyusunda istifadə olunan sementin keyfiyyət testinin nəticələrini məhv edib. Qəzanın səbəblərindən biri kimi məhz keyfiyyətsiz sement göstərilir. "Halliburton" isə bütün ittihamları rədd edir.

Qeyd edək ki, ötən il aprelin 20-də Meksika körfəzində, ABŞ-ın Luiziana ştatının sahillərindən 80 kilometr məsafədə yerləşən BP-nin "Deepwater Horizon" platformasında partlayış baş verib. Nəticədə 11 nəfər ölüb, 7 nəfərin ağır yaralanıb, aprelin 22-də isə platforma qəzaya uğrayıb. Suya axan neft regionda ekoloji fəlakət yaradaraq, ABŞ-ın Luiziana, Alabama, Florida, Texas və Missisipi ştatlarına ciddi zərər vurub.





Bu yazı 25 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV