ABŞ-ın borc limiti 16,39 trilyon dollara qaldırılıb

2012-01-28 08:57:00

ABŞ Senatı prezident Barak Obamanın dövlət borcu yuxarı həddinin 16,39 trln. dollara qədər artırılması təklifini dəstəkləyib. Bununla da Konqresin aşağı palatasında - Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçıların təklifin qəbul olunmasına qarşı mübarizəsi nəticə verməyib. Senatın maliyyə məsələləri komissiyasının sədri Maks Baukus bildirib ki, dövlət borcunun limitini artırmadan hökumət öz proqramlarını reallaşdırmaq və tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirmək üçün vəsaitdən məhrum ola bilərdi: "ABŞ öz tarixi ərzində ilk dəfə olaraq defolt təhlükəsi ilə üzləşmişdi. Əgər ABŞ defolt elan etsəydi, bu yeni böhran dalğasına və hətta 1930-cu illərin "Böyük Depressiya"sının təkrarlanmasına səbəb ola bilərdi". Hazırda ABŞ-ın dövlət borcunun limiti 15,194 trln. dollar təşkil edir.



Bu yazı 23 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV