İstilik cihazları bahalaşır

Oqtay Haqverdiyev: "Bu cihazların qiymətlərində baş verən artımlar mövsümi inflyasiyanın nəticəsidir"


İlham Hüseynli: "Təbii haldır"


2012-01-28 08:57:00

Son günlər respublika ərazisində havaların soyuması müşahidə olunur. Noyabr ayından sonra yenidən qar yağır. Bir çox yerlərdə qarın hündürlüyü yarım metrə belə çatıb. Havaların belə kəskin soyuması mövsümə uyğun olsa da, bir qədər gözlənilməz oldu.

Bu da onunla bağlıdır ki, temperatur birdən-birə 10-12 dərəcə aşağı düşüb. Aydındır ki, havaların soyuması ilə əhalinin istiliyə olan tələbatı da artır. Belə ki, mülayim hava şəraitində insanlar mənzillərində istiliyə elə də diqqət yetirmir. Amma havanın pisləşməsilə əhalinin qızınmaq üçün müvafiq addımlar atmaq istiqamətində fəallığı da artır. Bu da başa düşüləndir. Bakı sakinlərinin bir çoxu evlərini qazla qızdırır. Amma maraqlıdır ki, şəhərin bir sıra məntəqələrində havanın kəskin soyuması ilə mənzilə verilən qazın həcmində də azalmalar baş verir. Özü də kəskin şəkildə. Halbuki müvafiq qurumlar qışın gəlməsilə əlaqədar olaraq qazın həcmini artırdıqlarını bəyan ediblər. Bir qrup əhali isə belə havada evlərini istilik cihazları ilə qızdırmaq məcburiyyətindədir. Qazın olmadığı və ya zəif olduğu halda məhz istilik cihazlarına tələbat da artır. Bunun nəticəsidir ki, son günlər müxtəlif satış obyektlərindən istilik cihazlarını alanların sayında xeyli artım var. Amma maraqlıdır ki, havaların soyuması fonunda istilik cihazlarının qiymətində də müəyyən dəyişiklik müşahidə edilməyə başlanılıb. Belə ki, bir neçə alıcının qəzetimizə verdiyi məlumata görə sözügedən cihazların qiymətində müəyyən qədər, hardasa 10-15 faizlik bahalaşma müşahidə olunur. Maraqlıdır, bu artım süni artımdır, yoxsa, mövsümi amillər burada öz sözünü deyib?

Müstəqil iqtisadçı ekspert Oqtay Haqverdiyev bunu mövsümi amillərin nəticəsi kimi dəyərləndirdi: "Hazırda havanın temperaturu elə bir vəziyyətdədir ki, əhali son qəpiyini də belə evlərini isitmək üçün xərcləməyə hazırdır. Bu mənada da onlar son günlər istilik cihazları almağa meyil etməsi təbiidir. Belədə deyərdim ki, bu cihazların qiymətlərində baş verən artımlar mövsümi inflyasiyanın nəticəsidir. Belə də olmalı idi. Çünki havanın hazırkı durumu istilik sistemlərinə tələbatı artırıb. Təbiətin özü məcbur edir ki, qiymətlər qalxsın. Həmin cihazlarda baş verən bahalaşma bazar iqtisadiyyatı qanunundan irəli gəlir. Ona görə də bunu təbii qarşılamaq gərəkdir. Burada hər hansı bir süni amillər yoxdur. Əhalinin istilik cihazlarına ehtiyacı çoxaldığından satıcı da qiymətləri qaldırır".

Digər iqtisadçı ekspert İlham Hüseynli də sözügedən malın bahalaşmasında hər hansı bir süni meyar görmədiyini dedi:

"Bazar qanununun nəticəsidir. Havalar birdən-birə kəskin soyuyub. Bu halda isə insanların istiliyə olan tələbatı da artır. Ona görə də evlərini qızdırmaq üçün əvvəlki günlərlə müqayisədə istilik cihazlarını daha çox almağa başlayıblar. Bildiyimiz kimi, şəhərin bir çox yerlərində qaz belə gəlmir. Olan yerlərdə də bəzən cüzi olur. Evlərə qoyulan bir çox istilik qızdırıcıları da işləmir. Bu halda insanlar mağazalara gedib elektriklə işləyən istilik cihazları almağa məcburdur. Belədə isə satıcı alıcının çoxaldığını görüb, qiymətləri qaldırır. Təbii haldır".

Rüfət NADİROĞLU


Bu yazı 17 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV