Korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq

"Fəaliyyət planının hazırlığını cari il ərzində yekunlaşdırmağa çalışacağıq"


2012-01-28 08:57:01

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində yeni fəaliyyət planı hazırlanacaq. Bunu dünən "Trend"ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, fəaliyyət planı qeyri-hökumət təşkilatları, ictimai birliklərlə müzakirələr aparılaraq hazırlanacaq.

"Fəaliyyət planının hazırlığını cari il ərzində yekunlaşdırmağa çalışacağıq", - K.Əliyev deyib.

İdarə rəisi qeyd edib ki, yeni fəaliyyət planında korrupsiya ilə mübarizə sahəsində dövlət idarələrinin işinin daha təkmil formada təşkili, bu istiqamətdə beynəlxalq təcrübənin geniş tətbiqi öz əksini tapacaq.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağli fəaliyyət planı 2007-2011-ci illəri əhatə edib. Plan qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar, hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyəti, iqtisadi və sosial, maarifləndirmə və əməkdaşlıq sahələrini özündə əks etdirən 59 bənddən ibarətdir.





Bu yazı 14 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV