AŞPA-dan Fransaya sərt etiraz

Qurumda Fransa Senatının qəbul etdiyi qanuna etiraz olaraq "Söz azadlığının məhdudlaşdırılması təhlükəsi" adlı bəyanat qəbul edilib


2012-01-28 08:57:01

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının son iclasında Türkiyənin qurumdakı nümayəndə heyəti "Söz azadlığının məhdudlaşdırılması təhlükəsi" adlı yazılı bəyanat yayıb.

AŞPA-da təmsil olunan 58 millət vəkili, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən imzalanan yazılı bəyanatda Fransa Senatının 23 yanvar 2012-ci ildə qəbul etdiyi 229 saylı qanuna təklif layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmış söz və ifadə azadlığına birbaşa zərbə olduğu bildirilir.

Bəyanatda Senatın qəbul etdiyi məlum qanunun fikir azadlığını, fərdi fikirlərin müdafiəsi hüququnu, eləcə də müstəqil araşdırma aparma hüquqlarını məhdudlaşdırdığı vurğulanır. Eyni zamanda, qanun layihəsinin Fransa Konstitusiyasına da zidd olduğu bildirilən sənəddə qeyd olunur ki, qədim demokratik ənənələri olan bir ölkədə fundamental insan hüquqlarının pozulması Avropanın nüfuzuna və etibarına güclü zərbə vurur və bu qanun digər üzv ölkələr üçün çox pis bir presedent yarada bilər. Bəyanata imza atmış parlamentarlar Avropanın fundamental dəyərləri üzərindəki bu təhlükədən və onun ciddi nəticələrindən olduqca narahat olduqlarını ifadə ediblər.





Bu yazı 13 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV