Prezident məmurları xarici avtomobillərdən düşürdü

"Kustanay zavodu yaxşı UAZ-lar istehsal edir"


2012-01-28 08:57:02

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev məmurları "Toyota"lardan düşüb yerli istehsallı avtomobillərə minməyi əmr edib. Dünən hökumətin iclasında çıxış edən dövlət başçısı sənaye inkişafı proqramı çərçivəsində müəssisələrdə istehsal olunan məhsulların dəstəklənməsinin zəruriliyini bildirib.

"Biz hansı maşınları alırıq? Hamı "Toyota" alır. Onlar bizim istehsal etdiyimiz maşınlarda gəzsələr nə olar? Kim buna nəzarət edir? Onlar əgər onlarda gəzmirlərsə, nəyə görə biz sənayemizi qururuq?" Prezident yerli maşınların istehsalını dövlət sektoru və milli kampaniyaların hesabına 3-4 dəfə artırmağın mümkünlüyünü deyib. "Kustanay zavodu yaxşı UAZ-lar istehsal edir" - deyə o xatırladıb.

Dövlət başçısı dövlət müəssisələrində çalışanları ixtisar etməyi də tapşırıb. O, dövlət kampaniyalarında süni şəkildə şişirdilən işçi artımından da şikayətlənib. Dövlət başçısı bundan əvvəl xalqa müraciətində isə yeni dünya maliyyə böhranının yaxınlaşması təhlükəsi fonunda büdcə xərclərinin azaldılmasının zəruriliyini bildirib.





Bu yazı 25 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV