Anomal hava şəraiti ilə bağlı təhlükəli yollar açıqlanıb

2012-01-28 08:57:02

Yol polisi Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yollarını açıqlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Trend"ə bildirib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb. "Şamaxinka" kimi tanınan ərazi, 20 yanvar dairəsi, Mikayıl Müşfiq dairəsindən Badamdar qəsəbəsi istiqamətinə, Mətbuat, İnşaatçılar, Tbilisi prospektləri və ümumiyyətlə, paytaxtın əksər enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - V.Əsədov deyib. Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

V.Əsədov bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir. Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib.





Bu yazı 19 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV