Ağır viruslara yoluxanların sayı artır

Adil Qeybulla: "Virusların sayının, növlərinin artması, ayrı-ayrı xassələr cəlb etməsi xeyli miqdarda xəstəliklər yaradır"


Havaların soyuması və günəşdəki partlayışlar xəstəliklərin artması ilə nəticələnib


2012-01-28 08:57:02

Dünya üzrə son araşdırmalar ağır fəsadlar törədə bilən virusların yaratdıqları xəstəliklərin sayının artdığından xəbər verir. Adətən, ağır viruslar hüceyrələri daha çox dağıdan viruslardır. Onlar insan orqanizminə daxil olaraq qısa zamanda onu sıradan çıxarmaq gücünə malikdirlər. Belədə orqan toxumaları da sıradan çıxır.

Ümumiyyətlə, insanlar hər saniyə ətraf mühitlə təmasda olur. Bu təmaslar zamanı onun orqanizmi lazım olan hava ilə yanaşı, zərərli maddələri də udur. Həmin zərərli maddələr isə bir çox hallarda insanın sağalmaz virus xəstəliyinə tutulması ilə nəticələnir. Ağır viruslar arasında hepatit A, B və S virusları daha geniş yayılıb. Bir çoxları hətta müalicə olunmur. Təəssüf ki, insanların öz sağlamlıqlarına biganə qalması onların virusa yoluxma tendensiyasını gücləndirir. Virusun yayılma arenasından biri də hava damcı sistemidir.

Real şəraitdə isə ölkəmizdə ağır viruslara yoluxanların sayının artmasının səbəbini ekspertlə dəyərləndirdik.

Tibb elmləri doktoru Adil Qeybulla belə halların çoxalmasının səbəbini virusların yeni xassələr əldə etməsində görür: "Ümumiyyətlə, XXI əsri virus əsri adlandırırlar. Virusların sayının, növlərinin artması və onların ayrı-ayrı xassələr cəlb etməsi xeyli miqdarda xəstəliklər yaradır. İndiki virus hepatitləri, B, S, E, D virusları, onlar əvvəlki adi infeksion sarılıq olan A virusunun törəmələridir. Yəni virusların replikasiya olunmaq və yeni xassələr əldə etmək qabiliyyəti var. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. O öz formasını dəyişdikcə yeni xassələr əldə edir. Bəzən bu viruslar daha təhlükəli xassələr əldə edir, bəziləri də əvvəlki formasından nisbətən zəif formaya düşür. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə çoxsaylı epidemiyalar yaratmış, insan həyatına son qoymuş qrip virusunun növləri də eyni virusun müxtəlif növ dəyişmələridir. Viruslar kənarda artıb çoxalsaydı onlar yer kürəsində həyatın axırına çıxardı. Virus ancaq canlı orqanizmdə inkişaf edib, böyüyüb çoxala bilir. İnsan orqanizmindən, onun hüceyrələrinin resursundan istifadə edib artıb çoxalır. Həmişə virusdan qorunmaq lazımdır. Xüsusən də hava damcı yolu ilə yayılan infeksiyalardan qorunmaq daha vacibdir ki, kütləvi epidemiyalar olmasın. Bu hal xüsusən də müxtəlif epidemiyaların yayıldığı zaman daha vacibdir. Qanla keçən virus infeksiyaları zamanı isə birinci növbədə çalışmaq lazımdır ki, qanla təmas aradan qalxsın. Viruslara qarşı xüsusi dərman preparatları mövcuddur ki, onlar xəstə və qanla təmasdan sonra tibbi alətlərə qoyulmalıdır. Onun yayılmasının qarşısını almaq üçün tədbirlər paketi var. Onlardan daim düzgün istifadə olunmalıdır. Belə olmadıqda virus yayılıb canlı orqanizmləri xəstələndirir. Onlar getdiyi yerlərdə xassələr əldə edir, növlərini dəyişir. Ona görə də bu əsrdə onların statistikasının artması gözlənilir. Ağır viruslar çox yayılır. Onlara təsir edən dərman müalicəsi yoxdur. Sadəcə olaraq orqanizmin immun sistemini yüksəltmək yolu ilə və yaxud da ağırlaşmanın qarşısını almaq üçün müxtəlif antibiotiklərdən istifadə olunur. Hepatit B və virusları A virusu ilə müqayisədə ağır viruslardandır. Çünki onlar yeni xassə əldə edib. Hepatit B ümumiyyətlə, müalicə olunmur. Hepatit S ilə bağlı isə erkən formada müalicəyə başlanarsa, bu zaman uğur qazanmaq mümkündür. Gec olduqda qaraciyəri sıradan çıxarır və qaraciyər xərçənginə gətirib çıxarır. Qorxulu viruslardan biri də qrip virusudur. O indi karantin infeksiyaları sırasına aid edilib. Bildiyimiz kimi, 4 karantin infeksiyası var. Vəba, taun, sarı qızdırma və qrip. Ağır viruslar heç bir müalicəyə tabe olmur, orqanizmdə ciddi fəsadlar və ölümə səbəb ola bilir".

Son günlər havanın kəskin soyuması və günəşdə partlayışların baş verməsi nəticəsində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı xeyli artıb. Stansiyanın baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suğra Bəşirovanın Lent.az-a verdiyi məlumata görə, havanın soyuması ilə əlaqədar yuxarı tənəffüs yollarının soyuqdəyməsi diaqnozu ilə müraciət edənlərin sayı yanvarın əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. Bir neçə gündə daha təhlükəli tendensiya isə ürək-qan damar xəstələri ilə bağlıdır. S.Bəşirovanın bildirdiyinə görə, günəşdə baş verən proseslər xroniki qan-damar xəstələrinə mənfi təsir edib və müraciət edənlərin sayı kəskin artıb: "Bu həm də psixoloji amillə əlaqədardır. Çünki son günlərdə kütləvi informasiya vasitələrində günəşdəki proseslər və bunun insana təsiri ilə bağlı çox danışılır. Xəstə insanlar da öz səhhətlərindən daha çox narahat olmağa başlayırlar".

Qeyd edək ki, tibbi hidrometeoroloji proqnozda insanların açıq havada az qalmaları məsləhət görülür.

Rüfət NADİROĞLU


Bu yazı 16 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV