"Azercell"in tarif siyasətindən yenə narazılıq ifadə olunur

Mobil operatorların xidmət səviyyəsi ilə müəyyənləşdirdikləri qiymət tərs mütənasibdir


2012-01-28 08:57:03

İnsanların hər gün istifadə etdiyi müxtəlif vasitələr var ki, onların da bəzilərinin zamanla əlaqəsi var. Yəni zamanın tələbinə uyğun olaraq biz mütləq onun imkanlarından yararlanmalıyıq. Təbii ki, bunu deyəndə insanın ağlına ilk olaraq kompyuter və mobil telefon gəlir. Deməli, istifadə ediriksə onun maddi tərəfini də düşünürük.

Orta hesabla ölkəmizdə 8,7 milyon mobil rabitə istifadəçisi var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya alan 3 mobil operatorun hərəsi öz abunəçilərinə müxtəlif tariflər təklif edir.

Ancaq o da faktdır ki, Azərbaycanda mobil rabitə tarifləri qonşularından xeyli bahadır. MDB ölkələri arasında isə ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı qiymətlər isə Gürcüstandadır. Araşdırmalar göstərir ki, danışıq qiymətləri 0,02 - 0.10 AZN arasında dəyişir. Onu da qeyd etmək yerinə düşər ki, mobil rabitə sistemində konturdan manata keçdikdən sonra qiymətlərdə müəyyən ucuzlaşma müşahidə edilir. Son zamanlar bu ucuzlaşmanın 6% civarında da dəyişdiyi göstərilir. Lakin yenə tariflər yüksək sayılır.

Paytaxt sakinləri ilə apardığımız kiçik söhbətlər də onların mobil operatorlardan narazı olduğunu üzə çıxardı. Tələbə İslam Abdullayev "Azercell" işlədir. Deyir ki, çox bahadır, amma ən keyfiyyətli şəbəkə də ondadır: "Sim-sim" nömrə yalnız şəbəkə daxili zəng üçün əladır, başqa nömrəyə zəng edəndə pul yeyir. Evdəkilərdə də simdir deyə bunu işlədirəm". Taksi sürücüsü Rəhman Əbilov isə operatora ayda 20 manata qədər hesabına pul köçürdüyünü etiraf edir.

Texnologiyalar üzrə ekspert Rəşad Əliyev vətəndaşların bu sahədəki narazılığını haqlı sayır və qeyd edilən məsələ ilə bağlı problemləri hələ də mövcud olduğunu bildirir: "Azərbaycanın mobil internet sahəsində hələ yüksək inkişafdan danışmaq tezdir. Bunların bəzilərini sadalasaq məncə kifayət edər.

1) Azərbaycan dilində milli məzmunun inkişafı zəifdir (Azərbaycan dilində oyun, hər hansı mobil proqram çox az saydadır). 2) 3G verilib, amma 3G xidmətlər kimi yalnız 1-2 xidmət var. Bunlar video zənglər və internet trafikinin ucuzlaşmasıdır. Lakin bizdə 3G üçün video streaming, mobil radio və ya 3G xidmətləri (On-layn oyunlar, video çatlar və s) olan saytlar yoxdur. Bir çox ölkələrdə bunları operatorların təşəbbüsü ilə edirlər."

Danışıq qiymətləri ilə bağlı məsələyə gəlincə isə R. Əliyev deyir: "Qiymətlər yalnız zəng və sms-lərdə aşağı salına bilər. Bəzi xidmətlər var ki, onları operatora podratçı şirkətlər göstərir və onların standart tarifləri var. Bunlar sim kredit, oyunlar, şəkillər və s. satışı, "micropayment"lər ola bilər."

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov mobil tariflərin müəyyən edilməsinin Tarif Şurasından asılı məsələ olduğunu bildirir: "Amma 3G və başqa xidmətlər isə bizlik deyil. Bunlar hamısı mobil operatorların öz əllərində olan xidmətlərdi."

Ölkədə 3 mobil operatordan biri olan "Azercell"in mətbuat xidmətindən isə məsələ ilə bağlı fərqli münasibət bildirildi. Qurum rəsmilərinin sözlərinə görə, istifadəçilərə tarifdən öncə seçim imkanı verilir: "Şirkətimizin rəsmi internet səhifəsində hal-hazırda tarif kalkulyatoru mövcuddur ki, abunəçi istifadəsi ilə bağlı təfərrüatlarını qeyd edərək özü üçün ən münasib tarif tapa bilər. "Azercell Telekom" MMC təqdim etdiyi xidmətlər ilə bağlı tarifləri sərbəst müəyyən etsə də dövlət orqanlarının tələb və təklifləri, həmçinin öz mülahizələri də nəzərə alınmaqla müxtəlif endirimlər tətbiq etməkdədir." Onlar danışıq qiymətlərinin baha olması ilə razılaşmayaraq qiymətlərin aşağı olduğunu qeyd edirlər: "Son zamanlar stabil tendensiya kimi xidmət haqları sistematik olaraq tərəfimizdən azaldılır, müxtəlif endirimlər tətbiq edilir və bu haqda KİV-də məlumatlar verilir."

Qurumun mətbuat xidmətində 3G xidmət sahəsinin dar olması ilə bağlı məsələyə də münasibət bildirildi: "Azercell Telekom" MMC tərəfindən 3G xidməti ilə bağlı, yeni nəsil texnologiyalarını dəstəkləyən bir sıra xidmətlərin verilməsi və hazırda mövcud olanların daha da təkmilləşdirilməsi planlaşdırılır."

Göründüyü kimi, bu məsələdə mobil operatorlar özlərini haqlı çıxarmağa çalışırlar. Problemin mövcudluğunda kimin təqsirkar olmasından asılı olmayaraq, zərərçəkən yenə də sadə azərbaycanlılardır.

Tural QABİLOĞLU


Bu yazı 102 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV