Bəxti açılmayan tibbi sığorta

Məsələyə kimin baxdığını hələ heç kim bilmir


2012-01-28 08:57:03

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 1999-cu ildə qəbul olunub. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Məlumdur ki, ölkədə səhiyyə xidməti pulsuz elan edilib. Və o da çox yaxşı məlumdur ki, bu cür pulsuz tibbi xidmət ancaq dildə mövcuddur, reallıqda isə hər şey ödənişlidir. Yəni pasiyent almaq istədiyi müalicəyə öz cibindən pul verir.

Tibbi sığortanın faydaları çoxdur. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alarkən pul ödəməli olmursan. Bəzi xəstəxanalarda isə tələb olunan məbləğin kiçik bir hissəsini ödəyirsən. Maddi baxımdan çox sərfəlidir. İcbari tibbi sığorta həm də xəstə ilə həkim arasında pul söhbətinin keçməsinə imkan vermir, yəni sığortalanmış pasiyent lazım olan müalicəni alır, həkim isə öz haqqını sığorta şirkəti tərəfindən almış olur. Burada maraqlı daha başqa bir məqam var. Belə ki, xəstəni sığortalayan şirkət müştərisinin tibbi xidmətinin keyfiyyətini də yoxlayır.

Düzdür, 1999-cu ildə "Tibbi sığorta haqda" qanun qəbul edilib, amma ümummilli lider Heydər Əliyev o zaman sənədə veto qoyaraq, bildirmişdi ki, icbari tibbi sığorta iş adamlarının vergi yükünü artırır və həmin qanunun qəbulu Azərbaycanda təzə-təzə inkişaf edən sahibkarlığa mane ola bilər. Artıq o vaxtdan 12 il keçib, amma bu məsələ hələ də həllini tapmayaraq açıq qalıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ANS PRESS-ə bildirib ki, artıq Səhiyyə Nazirliyi bu məsələ iə məşğul olmur. İcbari tibbi sığorta 2008-ci ildə Səhiyyə Nazirliyinin üstündən götürülüb. Nazirlik konsepsiya hazırlamışdı. Bununla bağlı Nazirlər Kabinetində Agentlik yaradılıb.

Dövlət başçısı 2007-ci ildə İcbari Sığorta üzrə Dövlət agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu agentliyin necə fəaliyyət göstərdiyini, icbari tibbi sığortanın nə vaxt işə düşəcəyini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli deyib ki, bu məsələyə onlar baxmır. İcbari tibbi sığorta ilə bağlı yaradılan dövlət agentliyi Səhiyyə Nazirliyinə aiddir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə bildirib ki, səhiyyənin maliyyələşdirilməsi, tibbi sığortanın tətbiqinə dair konsepsiya qəbul olunub və eyni zamanda tibbi sığorta agentliyi yaradılıb. Lakin ötən dövrdə hökumət hələ qərara gələ bilməyib ki, ölkədə tibbi sığorta tətbiq olunsun, ya yox.

Ekspert deyir ki, icbari tibbi sığortanın tətbiq olunması açıq qalıb. Çünki burada həll olunası çoxlu məsələlər var. Birincisi, sığorta haqlarının ödənilməsi, məsələn, müəssisə və şirkətlər, yəni işə götürənlər bunu necə ödəyəcəklər, nə qədər məbləğ tələb olunur, işləyənlər bunun hansı hissəsini ödəyəcəklər, işləməyənlər, uşaqlar, pensiyaçılar, sığortaya ehtiyacı olanlar necə sığortalanmalıdır və s. məsələlər var ki, onlara dövlət aydınlıq gətirməyib və ona görə də məsələ öz həllini tapmır.

İcbari tibbi sığorta üçün dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılıb, lakin o vəsait istifadə olunmamış qalır. Bu sığortanın modelləri müəyyən olunmalıdır, xüsusi ilə kənd yerlərində olan insanların sığortalanması, əgər bu olarsa minimum tibbi sığorta paketi tətbiq oluna bilər. Yəni bütün sığorta olunan şəxslərə tibbi xidmət pulsuz olmalıdır.

Bundan başqa, pullu xidmətlərin siyahısı, tibbi xidmətlərin dəyəri müəyyən olmalıdır. Lakin bunların heç birisi Azərbaycanda tətbiq olunmur. Hamının bu xidmətlərdən faydalana bilməsi üçün vahid tibbi xidmətlərin standart dəyəri müəyyən olunmalıdır. Bunlardan heç biri həllini tapmayıb. Yalnız son vaxtlar sadəcə tibbi protokollar qəbul olunur, ancaq qalan məsələlər açıq qalır.

Daha çox işçilərin davamlı olaraq əmək müqavilələri olduğu şəraitdə icbari tibbi sığortanın belə modelləri effektivliyini göstərir. Azərbaycanda məlum olduğu kimi səhiyyə pulsuzdur və dövlət də buna pul ayırıb. Buna baxmayaraq əksər hallarda vətəndaşlar tibbi xidmətin haqqını öz cibindən ödəməli olur.

Belə bir mexanizmin olması səhiyyənin həqiqətən pulsuz olmasına gətirib çıxara bilər. Sığortalanmış insanlar hər zaman tibbi xidmətlərdən yararlana bilər. Müvafiq mexanizmdə xəstə ilə həkim arasında pul söhbəti də olmaz. Çünki pasiyent öz xidmətini alır və sığorta kartını təqdim edir. Ödənişlər isə sığorta şirkəti tərəfindən həyata keçirilir. Sığorta şirkəti həmin xidmətlərin dəqiqliyini yoxlayır. Bu həm ödənişin ödənilməsi, həm də səhiyyənin keyfiyyətinin yoxlanılması baxımından çox önəmli addımdır.



Bu yazı 11 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV