Bankların uçot stavkaları artırılır?!

Azər Mehtiyev: "Pul kisəsinin ağzını açmaq inflyasiyaya səbəb olur"


Zöhrab İsmayıl: "Azərbaycan bankları bu gün də kapital baxımından əziyyət çəkirlər"


2012-01-28 08:57:04

Dünya maliyyə böhranının pik həddə çatdığı dönəmdə Azərbaycan maliyyə-bank sektorunu böhrandan qorumaq üçün bir sıra addımlar atmalı oldu. Əsas addım kommersiya banklarının uçot stavkalarının bir neçə dəfə endirilməsi oldu.

Maraqlıdır ki, uçot stavkalarının aşağı düşməsinə baxmayaraq banklar kreditlərin faiz dərəcəsində əhəmiyyətli endirimlər etmədilər. Azərbaycan bankları hələ də kredit faizləri yüksək olan banklar sırasına daxildir.

Hələ ekspertlər 2010-cu ildə bildirirdilər ki, uçot stavkasının aşağı salınması bir sıra iqtisadi problemlər yarada bilər. Pul təkliflərinin artması inflyasiya həddini yüksəltməklə yanaşı bankların gəlirlərini də azalda bilər. Bu mənada uçot stavkalarının artırılması təklif olunurdu.

Bu təkliflər də nəzərə alınaraq 2011-ci ilin ilk aylarından başlayaraq Mərkəzi Bank uçot stavkalarını artırmağa başladı. Ötən ilin mart ayında verilən qərarla uçot stavkasının 5 faizdən 5,25 faizə qaldırıldı. İndi belə məlumatlar səsləndirilir ki, Mərkəzi Bank uçot stavkasını bir qədər də artırmaq niyyətindədir.

İqtisadi Tədqiqatlar Mərkəzinin həmsədri Azər Mehtiyevin sözlərinə görə, Mərkəzi Bank ölkənin maliyyə bazarında münasibətləri tənzimləmək və özünün pul kütləsini sterilizasiya etmək üçün bir sıra addımlar atır: "Böhran dövründə Mərkəzi Bankın uçot stavkasını 18 faizdən 2 faizə qədər endirməsi bu sektorda durumu yaxşılaşdıra bilmədi.

Hesab edirəm ki, stavkaların artırılması kredit üçün banklara müraciət edən vətəndaşların işini bir qədər çətinə salacaq. Banklar borc götürərkən daha çox pul xərcləməli olacaqlar ki, bu da son anda kreditorların durumunu ağırlaşdıracaq.

Baş bank hesab edir ki, ölkədə pula qənaət etməyin artıq vaxtıdır. Pul kisəsinin ağzını açmaq inflyasiyaya səbəb olur.

Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən daha çox MDB ölkələrinin maliyyə siyasətinə istinad edir. Uçot dərəcəsinin sabit olmaması sonda bankların asılılığına gətirib çıxarır".

A.Mehtiyevin sözlərinə görə, uçot dərəcələri aşağı olanda inflyasiyanın artma riski olur: "Yəni dövriyyədə pul kütləsi artır, amma istehsal prosesi ləngiyir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti banklardan pulu biznes üçün deyil, daşınmaz əmlakın alınmasına, tikinti işlərinə, toy-düyünün təşkili üçün alırlar. Bu isə iqtisadiyyatda yerində saymalara gətirib çıxarır".

Bununla belə, A.Mehtiyev hesab edir ki, Mərkəzi Bank inflyasiya riskini azaltmaq üçün uçot faizinin 8-10 faiz arasında saxlanılmasına diqqət yetirməlidir.

İqtisadçı ekspert Zöhrab İsmayıl isə hesab edir ki, Azərbaycanda uçot dərəcəsinin normal həddi kimi 4 faiz götürülməlidir: "2009-2010-cu illərdə Mərkəzi Bank uçot dərəcəsini 2 faizə salanda düşünülürdü ki, bu qərar yerli kommersiya banklarının dövlətdən daha sərfəli şərtlərlə kredit götürməsinə səbəb olacaq və kredit faizləri aşağı düşəcək. Amma bu alınmadı. Azərbaycan bankları bu gün də kapital baxımından əziyyət çəkirlər. Büdcələri zəif olan bankların karına yenə də Amerika və Avropa bankları çatır. Kommersiya banklarının fəaliyyəti strateji hədəflər üzərində deyil, izafi xərclər üzərində qurulub. Daha çox gəlir götürməyə çalışan banklar arasında rəqabət mühitinin olmaması da müzakirə mövzusudur. Uçot dərəcəsinin aşağı və ya yuxarı olmasının kredit faizlərinə təsir göstərməməsi göstərir ki, bu sahədə liberallaşma siyasəti aparılmalıdır".

Z.İsmayıl onu da bildirdi ki, əgər bank sektorunun canlandırılmasını istəyiriksə, orta və iri sahibkarlıq subyektlərinin sayının artımına fikir verməliyik. Sonda ekspert əlavə etdi ki, bank sektorunun inkişafı üçün xarici banklarda saxlanılan neft pullarının ölkəyə gətirilməsinə ehtiyac var: "Neft pulları 4 faizlə yerli banklara paylanılsa, bu həm resursların artımına gətirib çıxarar, həm də kredit faizləri aşağı düşər. Sırf biznes məqsədilə banklara müraciət edənlərə kredit faizi daha aşağı faizlə verilməlidir. Bu həm də problemli kreditlərin həcminin azalmasına və qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq".

Ruslan QAÇAYOĞLU


Bu yazı 41 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV