Ölkəmizdə idmanın kütləviliyi artır

Azərbaycan idmanının böyük və şərəfli gələcəyi var


2012-01-28 08:57:04

Prezident İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi Azərbaycan idmançıları və idman həvəskarları üçün ən böyük hədiyyədir.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında sərəncamına həsr olunmuş tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, bu, dövlət başçısının ölkədə idmanın inkişafına ayırdığı xüsusi diqqətə dəlalət edir və Azərbaycan idmançılarının parlaq qələbə və nailiyyətlərinə dəstək göstərir.

"İstərdik ki, 2012-ci il böyük idman nailiyyətləri və həyata keçirilmiş layihələr, tədbirlərlə yadda qalsın. Bunun üçün isə real proqram hazırlamaq və bu istiqamətdə fəal işləmək lazımdır" - deyə, A.Rəhimov qeyd edib.

Nazir vurğulayıb ki, onun başçılıq etdiyi idarə müxtəlif idman federasiyaları, birliklər və təşkilatlara bu sahədə layihələrin həyata keçirilməsi üzrə təklifləri bölüşmək xahişinin əks olunduğu müvafiq məktublar göndərib.

Bu gün nazirliyə artıq 15-20-dək cavab gəlib.

"2012-ci il çox mühüm ildir. Londonda növbəti Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan ikinci dəfə 2020-ci ildə Olimpiadanın ölkəmizdə keçirilməsinə namizədliyini irəli sürüb.

Bu il ölkəmizdə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək və bu Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. İl isə karate üzrə Avropa çempionatının keçirilməsindən başlayır və Beynəlxalq Karate Federasiyasının prezidenti Espinoza ölkəmizə gələcək" - deyə, A.Rəhimov bildirib.

Nazir azərbaycanlı idmançıların London Olimpiadasında iştirak üçün ölkəmizin hələ də Olimpiya oyunlarında təmsil olunmadığı idman növləri üzrə vəsiqə qazanmaları faktını uğur adlandırıb.

"Azərbaycanda idmanın və bədən tərbiyəsinin kütləviliyi artmaqda davam edir. Gənclərin 800-dən çox nümayəndəsi müxtəlif döyüş növləri ilə məşğul olur, idmanın digər növlərində də kütləvilik artır. Azərbaycan idmanının böyük və şərəfli gələcəyi var.

Azərbaycan əslində bir idman ölkəsidir və 2011-ci ildə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiya idman növlərində 92-si qızıl olmaqla, 216 medal, bütövlükdə isə 700-dən medal qazanması buna dəlalət edir", - deyə A.Rəhimov bəyan edib.

Nazirin sözlərinə görə, 2012-2013-cü illərdə Azərbaycanda 11 yeni olimpiya mərkəzi istismara veriləcək. Hazırda ölkə ərazisində 33 olimpiya mərkəzi fəaliyyət göstərir.



Bu yazı 12 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV