AŞPA-dakı hesabat Azərbaycan tərəfinin narazılığına səbəb olub

Hesabatda bu məsələni konkret, aydın və adı ilə yazmaq lazımdır


2012-01-28 08:57:05

Dünən AŞPA-nın qış sessiyasının son plenar iclasında "Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması" adlı hesabat dinlənilib. AŞPA-nın İnsan haqları və hüquqi məsələlər komitəsinin sədri, litvalı deputat Egidijus Vareikisin təqdim etdiyi hesabatda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat öz əksini tapmayıb və Cənubi Qafqazda bu problemlə bağlı durum ümumi ifadələrlə qeyd olunub. Bu isə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın narazılığına səbəb olub. Azərbaycanlı millət vəkili insanların, əhalinin zorla öz torpaqlarından, evlərindən köçürülməsi məsələsinin çox ciddi bir məsələ olduğunu bildirib. "Biz də Avropa Şurasının bu problemin həllinə ciddi dəstək verməli olduğunu dəstəkləyirik. Amma məruzəçi hesabatda göstərir ki, Qafqaz regionunda da baş verən hadisələrdə əhalinin zorla köçürülməsi halları var. Hesabatda bu məsələni konkret, aydın və adı ilə yazmaq lazımdır. Bu məruzədə əksini tapmalıdır ki, 1988-ci ildə Ermənistan apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlını öz torpaqlarından, öz evindən zorla qovub. Biz bu faktın sənəddə öz əksini tapmasını istəyirik. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan dövləti, Ermənistan silahlı qüvvələri tərəfindən qaçqın və məcburi köçkünə çevrilib. Bu halların məruzədə ciddi şəkildə əksini tapması lazımdır. Hər bir kəsin fərdi olaraq haqları qorunmalıdır. Amma burada söhbət yüz minlərlə insandan gedir. Və bu insanların məsələsinin açıq şəkildə hesabatda əksini tapması lazımdır", - Q.Paşayeva deyib.





Bu yazı 19 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV