Suriyadan İrana iki qara xəbər

Əsir götürülən iranlılar üsyanı yatırtmaq üçün göndərildiklərini etiraf ediblər


2012-01-28 08:57:05

İrandan Suriyaya iki bəd xəbər gəlib. Lent.az-ın "Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, dünən müxaliflərin yaratdığı Suriya Azadlıq Ordusu keçən ay Hama şəhərində girov götürülən 7 iranlı ilə bağlı video yayıb.

Suriya Azadlıq Ordusu 7 iranlıdan 5-nin İran İslam İnqilabını Mühafizə Korpusunun üzvləri, 2-nin mühəndis olduğunu bəyan edib. "Əl-Ərəbiyə" telekanalında yayımlanan videogörüntüdə iranlılardan biri deyir ki, adı Sacid Amiriyandır, İran İslam İnqilabını Mühafizə Korpusunun üzvüdür. O, Suriyada İrandan göndərilən qrupda çalışdığını, əmrləri Suriya Hərbi Hava Qüvvələrinin təhlükəsizlik xidmətindən aldıqlarını söyləyib. Həmin şəxs İranın dini lideri Ayətullah Əli Xamneyidən azadlığa buraxılmaları və evlərinə dönmələrinin təmin edilməsini xahiş edib.

Suriya Azadlıq Ordusu videogörüntü ilə bərabər bir yazılı bəyanat da yayıb. Suriya Azadlıq Ordusu bəyanatında İranın ali dini lideri Əli Xamneyidən Suriyada İran İslam İnqilabını Mühafizə Korpusunun üzvlərinin olduğunu etiraf etmək istənilir. O da bildirilir ki, əgər İran İslam İnqilabını Mühafizə Korpusunun üzvləri Suriyanı tərk edərlərsə, Korpusun girov götürülən 5 üzvü azadlığa buraxılacaq. İki iranlı mühəndisin isə yaxın günlərdə sərbəst buraxılacağı da vurğulanıb.

Bu arada srağagün Suriyada İranın 11 vətəndaşının da qaçırıldığı üzə çıxıb. İRNA agentliyi İrandan çıxan və Türkiyədən Suriyaya daxil olan avtobusda olan 49 nəfər iranlıdan 11-in qaçırıldığı barədə xəbər yayıb. Avtobus 20 silahlı tərəfindən Hələbdən Şama gedərkən dayandırılıb, 11 gənc girov götürüldükdən sonra avtobusun yoluna davam etməsinə icazə verilib. İRNA agentliyi İran vətəndaşlarının suriyalı qiyamçılar tərəfindən qaçırıldığını yazıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəs olayı qınayıb, rəsmi Dəməşqi qaçırılan iranlıların azad edilməsi üçün bütün imkanlardan istifadə etməyə çağırıb. Ramin Mehmanpərəs baş verən olayı şərh verilməsi mümkün olmayan hadisə sayıb.





Bu yazı 13 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV