"Türkiyə və Azərbaycan daha da güclü olacaqlar"

Milli Məclisin nümayəndə heyəti Türkiyə parlamentinin sədri ilə görüşüb


2012-01-28 08:57:05

Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilovun daxil olduqları nümayəndə heyəti Ankarada səfərdədir. Yanvarın 26-da nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.

Türkiyə parlamentinin spikeri bildirib ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir və əlaqələr gündən-günə inkişaf edir. Fransa Milli Assambleyası və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarına qarşı qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayan C.Çiçək ümidvar olduğunu bildirib ki, ölkələrimizin bir-birinə dəstəyi bundan sonra da davam edəcək. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güclü olacaqlar. Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olmuş, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.

Bu gün deputatlarımız Ankaradakı Azərbaycan Parkını ziyarət edəcək, hakim Ədalət və İnkişaf Partiyasının binasında partiyanın baş katibi və sədr müavini Haluk İpəklə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvarla görüşəcəklər.



Bu yazı 11 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV