Avtomobillərin gömrük rəsmiləşdirilməsi sadələşdirilib

Hazırda 100 ailəyə 42 avtomobil düşür


2012-01-28 08:57:07

Azərbaycanda "bir pəncərə" prinsipi vasitəsilə ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi sadələşdirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev rəsmi mətbuatda dərc olunmuş müsahibəsində bildirib.

"Bir pəncərə" prinsipi vasitəsilə gömrük rəsmiləşdirməsinin, dövlət qeydiyyatının aparılması, uçotun aparılması, dövlət qeydiyyatı və dövlət nişanları haqqında şəhadətnamənin verilməsi, sürücülük vəsiqəsinin verilməsi, nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi mümkündür", - A.Əliyev deyib.

Onun sözlərinə görə, bu prinsipin tətbiqi 2011-ci ilin oktyabrında DGK Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi nəticəsində mümkün olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkədə avtomobillərin sayı 59,8 min ədəd artaraq 1 042,3 minə çatıb. Hazırda 100 ailəyə 42 avtomobil düşür.

DGK habelə gömrük ödənişlərinin banklar və plastik kartlar vasitəsilə həyata keçirilməsi üzrə işlər də aparır.

"Bu tədbirlərin həyata keçirilməsi üçün Avtonəqliyyat Gömrük İdarəsində "elektron növbə" əsasında idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir", - A.Əliyev deyib.

Bundan başqa, idarədə müraciət edən şəxsləri gömrük rəsmiləşdirilməsi qaydaları və digər zəruri məlumatlarla təmin etmək üçün iki ədəd "elektron məlumat köşkü" quraşdırılıb.

Ölkənin gömrük-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə 2009-cu ildən başlanılıb. Həmin dövrdən etibarən bu sahə müəyyən inkişaf mərhələsindən keçib, hüquqi, təşkilati məsələlərin həlli üzrə tədbirlər görülüb, müvafiq dövlət strukturları ilə məlumatlandırma və tərəfdaşlıq əlaqələri üzrə işlərin keyfiyyəti yüksəlib, yeni qaydaların tətbiqi prosesində irimiqyaslı informasiya texnologiyalarından istifadəyə başlanılıb.

"Bir pəncərə" prinsipi vasitəsilə DGK nəzarət metodlarının effektivliyinin yüksəldilməsinə nail olub, texniki nəzarət vasitələrindən istifadə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bu da vaxt itkisinin qarşısını almağa imkan verir. Avtonəqliyyat vasitələrinin qeydiyyatı üçün "bir pəncərə" prinsipinin tətbiqi bu tədbirlərin davamı olub.

Ümumilikdə, "bir pəncərə" prinsipinin tətbiqi beynəlxalq praktikanın müasir mərhələsində ölkələr arasında mal dövriyyəsinin sürətlənməsinə və beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərən yeni qaydadır.



Bu yazı 25 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV