"Azərbaycanda onun kimi mütəxəssislər azdır"

2012-01-28 08:57:12

"Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirovun Qol.Az saytına müsahibəsi.

- Komandanızın hazırlıq prosesi necə gedir?

- Məşqlərimizi Şüvəlan Olimpiya Kompleksinin stadionunda davam etdiririk. Artıq bir yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Rəqibimiz birinci divizion təmsilçisi "Muğan" klubu idi. Bu gün də AZAL-la yoldaşlıq oyununda qarşılaşacağıq.

- Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmısınız. "Rəvan"ın ilk "altılığ"a düşmək şanslarını necə dəyərləndirirsiniz?

- Qarşıdakı 4 oyunda komandam ilk "altılığ"a düşmək üçün sona qədər döyüşəcək. Bunun üçün hər oyuna çox ciddi yanaşmalıyıq. Əsas məqsədimiz "Rəvan"ı mükafatçılar sırasına çıxarmaqdı. Bunun öhdəsindən gələcəyimizə inanıram.

- "Altılıq" oyunlarına qədər sizi 4 gərgin oyun gözləyir...

- Fasilədən sonra ilk oyunumuz uzun müddət məğlubiyyət acısı yaşamayan "İnter"ə qarşı olacaq. Startda belə güclü rəqibə qarşı oynamaq bizə bir qədər çətinlik yarada bilər. Ancaq istənilən halda "Rəvan" meydana yalnız qələbə qazanmaq üçün çıxacaq.

- "Rəvan"da baxışda olan futbolçu Nemanya Vidakoviç haqda nə düşünürsünüz?

- Bu hücumçu haqda hələ tam qərar verməmişik. Baxmayaraq ki, "Muğan"la oyunda özünü yaxşı tərəfdən göstərərək, 3 qola imza atıb. Unutmaq lazım deyil ki, "Muğan" birinci dəstə təmsilçisidir. Salyan təmsilçisi "Rəvan" üçün zəif komanda sayılır. Ona görə də onun vurduğu 3 qolu məqbul hesab etmək olmaz.

- Onunla bağlı qəti qərar nə zaman veriləcək?

- Bu gün ilk "altılığ"a düşmək uğrunda mübarizə aparan AZAL komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin qarşılaşmada Nemanya Vidakoviçə oynamaq şansı verərək, onun nəyə qadir olduğunu görəcəyəm. Doğrudur, sürətli və meydanda qaçan futbolçudur. Buna baxmayaraq, onun barəsində yekun qərar AZAL-la oyundan sonra veriləcək.

- Bir müddət öncə komandaya gətirilən fiziki hazırlıq üzrə çexiyalı mütəxəssis Aleş Pitan haqda nə deyərdiniz?

- Aleş Pitanın çox səviyyəli bir məşqçi olduğunu deyə bilərəm. Vaxtilə Avropanın tanınmış klublarından biri olan Çexiya "Sparta"sında çalışıb. Böyük təcrübəyə malik olan Pitan fiziki hazırlıq üzrə məşqçidir. Azərbaycanda onun kimi mütəxəssislər çox azdı. Onun komandamıza faydalı olacağını düşünürəm. Özü də "Rəvan"ın məşqçisi olmağından çox məmnun olduğunu söyləyir. Pitanın komandaya gətirilməsini mənimlə bərabər rəhbərlik də müsbət qarşıladı.

- Davud Kəriminin "Rəvan"dan gedişindən sonra yəqin ki, yeni qolkiper transfer edəcəksiniz...

- Artıq AZAL klubunun qapıçısı Amil Ağacanov ilə ilkin razılığa gəlmişik. Yaxın günlərdə onunla müqavilə bağlayacağıq.

- "Rəvan"ın əsas futbolçularından biri hesab edilən Reis Klaudineinin komandanın düşərgəsinə qoşulması niyə gecikir?

- Klaudineinin viza problemi yaranıb. Futbolçu ilə tez-tez əlaqə saxlayırıq. Yaxın günlərdə braziliyalının komandaya qoşulacağı gözlənilir.



Bu yazı 10 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV