Fabio Luis Ramim Azərbaycanı tərk etməyə qərar verdi

2012-01-28 09:43:44

"Bakı"nın transferə çıxardığı Fabio Luis Ramim Azərbaycanı tərk edir. Bu haqda Apasport.az saytına milliləşdirilən braziliyalı yarımmüdafiəçinin özü məlumat verib. Ramim qış fasiləsində ölkəmizdə özünə yeni klub tapa bilmədiyini bildirib. Üstəlik, millimizə də cəlb olunan 30 yaşlı futbolçu daha bir problemi aradan qaldırmalıdır: "Son günlərdə "Bakı"nın əvəzedici heyətində məşq edirəm ki, bu, formamı saxlamaq üçündür. Ancaq zədəm yenə özünü göstərir. Dizimdə ağrılar qalıb. Bunu aradan qaldırmağım üçün tam müalicə olunmağım lazımdır. Bu məqsədlə vətənimə yollanmaq fikrindəyəm. Klub rəhbərliyi ilə danışacağam".

Ramim artıq gələn həftə Braziliyaya gedəcəyini söylədi: "Orada 1,5 - 2 ay qalıb, tam sağalmaq istəyirəm. Bilirəm ki, qayıtdıqdan sonra Azərbaycanda başqa kluba keçə bilməyəcəyəm. Çünki həmin vaxt "transfer pəncərəsi" bağlanacaq. Karyeramı Braziliyada yox, Azərbaycanda davam etdirmək istərdim. Ancaq təklif olmadığından, hələ ki özümə yeni komanda tapa bilməmişəm".

Qeyd edək ki, Fabio 2005-ci ilin qışından fasiləsiz ölkəmizdə çıxış edir və çempionluq, kubok qazandığı "Bakı"ya qədər "MKT-Araz", "Olimpik"də oynayıb.





Bu yazı 12 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV