"Şalke" Raulu komandada saxlamağa çalışır

2012-01-28 08:57:13

Almaniyanın "Şalke" klubu ulduz futbolçusu Raul Qonzaleslə yeni müqavilə imzalamaq niyyətindədir. Qol.Az-ın məlumatına görə, Qerzenxiker təmsilçisi ispaniyalı futbolçunu daha 2 il komandada saxlamağı planlaşdırır. "Şalke"nin idman direktoru Hors Heldt isə bu barədə belə danışıb: "Raul ilə danışıqlar aparırıq və görüşlərimiz çox səmimi keçir. Son görüşümüzdə də aramızda fikir mübadiləsi oldu və yaxın günlərdə Raulun gələcək taleyinə tam aydınlıq gələcək". Almaniya mətbuatının yazdığına görə, "Şalke" Raulun qalması üçün ona 4 milyon avro təklif etsə də, futbolçu komandasından 5 milyon avro tələb edib. Bu səbəbdən də tərəflər yenidən görüşməli olacaqlar. Qeyd edək ki, 2010-cu ildə "Real" (Madrid) klubundan ayrılaraq "Şalke"yə gələn Raul keçirdiyi 53 oyunda 23 qola imza atıb.





Bu yazı 10 dəfə oxunmuşdur.


LAYİHƏ



LAYİHƏNİN ADI: "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir






MÜSAHİBƏ



Paytaxtın rabitə sistemi özünün yeni intibah mərhələsini yaşayır

Beytulla Hüseynov: "Bu gün şəhərdaxili telefon danışıqlarında vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir"










ULDUZ FALI



Bu dövrdə iş yerinizdə bir çox ...



Ailənizdə xoşagəlməyən durumun ...



Ürəyinizlə bağlı problemlərin ...



Yeni tanışlarınızla münasibətdə ...



Məşğul olduğunuz işlərə ...



Başınız sevgi macərasına qarışacaq. ...



Sevgilinizin uğurları həm sizi, həm də ...



Qarşınıza maneələrin çıxması ...



Yeni sevgi romanınızın başlanması ...



Düşünülməmiş addımlar atmayın. ...



Hər hansı işinizlə bağlı ...



Həyata keçirdiyiniz plan özünüzə olan ...




ARXİV


HAVA



MƏZƏNNƏ



ÜNVAN


© Mövqe qəzeti, 2002-2011
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Seymur SƏFƏRLİ

Redaktor:
Rasim BAYRAMOV