Əlaqə Arxiv
news Image
2019.12.04
11:30
| A A A
Salyanda piyadanı “KamAZ” vurub öldürdü

Ötən gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən 14-cü km-də yolayrıcısının üstündən aşaraq yolu keçmək istəyən piyadanı “KamAZ” markalı yük maşını vurubmuş.

Mövqe.az Virtualaz.org-un Şirvan bürosuna istinadən xəbər verir ki, yolu icazə verilməyən yerdən keçən 33 yaşlı Xıdırlı kənd sakini, 3 azyaşlı uşaq atası Sadıq Seyidağa oğlu Mustafayevin Biləsuvar rayon sakini Həsənağa Əli oğlu Əzizovun idarə etdiyi “KamAz” la vurulduğu məlum olub.

Onu da qeyd edək ki, piyadanı vuran sürücü qaçmayıbmış, hadisə yerində imiş, sadəcə olaraq qorxudan yaxına gəlmirmiş...

Virtualaz.org

12/03/2019.21:03

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən 14-cü km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, yolu keçid üçün nəzərdə tutulmamış yerdən keçən 33 yaşlı Xıdırlı kənd sakini Sadıq Seyidağa oğlu Mustafayevi maşın vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomaşın hadisə yerindən qaçıb. 3 azyaşlı uşaq atası olan S.Mustafayevin Bakı şəhərindəki iş yerindən evə qayıtdığı deyilir.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Sizin Reklam Yeriniz