Əlaqə Arxiv
news Image
2019.12.10
10:53
| A A A
Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə helikopter cəlb olundu

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə Mövqe.az FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

Saat 09:59

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz