Əlaqə Arxiv
news Image
2019.12.11
23:45
| A A A
Bakıda daha 2 qadın faciəvi şəkildə öldü

Bakıda 2 qadın maşın vurması nəticəsində ölüb.

Mövqe.az xəbər verir ki, Binəqədi rayonu ərazisində - Gənclər şəhərciyinin yaxınlığında Adil Məmmədov adlı şəxs idarə etdiyi “Crysler” markalı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Tamella Fərhadovanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Maştağa qəsəbəsi ərazisində Ağarəfi Mahmudov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə 1955-ci il təvəllüdlü Həlimə Mustafayevanı vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz