news Image
2019.12.13
09:31
| A A A
Xaçmaz rayonunda 6 otaqlı evdə yanğın olub

Xaçmaz rayonunun Ləcət kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yanğın baş vermiş evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.