Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü
 
 
news Image
2019.12.13
10:19
| A A A
Ağcabədidə əsgər yolasalma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu kənd sakini Məmmədov Namiq Nadir oğlunun həyətində oğlunun hərbi xidmətə çağırılması ilə bağlı təşkil edilən yığıncaqda həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib. Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.

Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gələrək bıçaq götürüb S.Mirzəyevi izləyib. Yığıncaqdan sonra S.Mirzəyev evinə gələrkən həyət darvazasının yanına çatanda Ə.Mirzəyev ona arxadan 5 bıçaq zərbəsi endirib.

Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.