Əlaqə Arxiv
news Image
2019.12.13
12:26
| A A A
Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin

Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz
yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə
məlumat daxil olub.   
Külli miqdarda pirotexniki vasitənin Azərbaycan
vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı
şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında
yerləşən “Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı
avtomobil dayanacağında saxlanılması və daşınması
bildirilib.
Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və
sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış
keçirilib. Baxış zamanı, dayanacaqda “Toyota Land
Cruiser” markalı, 90-LS-860 nömrə nişanlı minik
avtomobilinin durduğu və İlqar Məmmədovun 1 ədəd
bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat
vasitəsinə yüklədiyi müəyyən edilib.
Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin
arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd “8 Shots
color shots” markalı pirotexniki vasitə aşkar edilib.
Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789
ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz