news Image
2019.12.13
15:39
| A A A
Astarada çayxanadan oğurluq edən şəxs saxlanılıb (FOTO)

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 4 evdən və 1 çayxanadan oğurluq edən şəxs saxlanılıb.Onun üzərindən narkotik vasitə də aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus rayonun Şiyəkəran kəndində yerləşən evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. R.Mirzəyev saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.