Əlaqə Arxiv
news Image
2019.12.15
15:07
| A A A
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var

Nepalın Sindhupalçok rayonunda avtobusun 500 metr yüksəklikdən düşməsi nəticəsində ən az 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə "Himalayan Times" qəzeti bildirib.

Məlumata əsasən, zəvvarları daşıyan avtobus sürücüsü idarəetməni itirib, nəticədə avtobus 500 metr yüksəklikdən aşıb. Hakimiyyət orqanları bildirib ki, qurbanların sayı arta bilər.

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır. Zərərçəkənlər yaxınlıqdakı tibbi müəssisələrə çatdırılıb.

Sizin Reklam Yeriniz