news Image
2020.01.16
12:42
| A A A
Bakıda 6 ay əvvəl mağazadan oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakıda mağazadan oğurluq edən şəxs yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Mövqe.az-a verilən məlumata görə, BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il iyul 3-də Xətai rayonu, Telnov küçəsində yerləşən mağazaların birində vətəndaş Y.Muşkiyevanın əl çantasından maaş kartı və dəyəri bilinməyən qızıl qolbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvvələr məhkum olunan (CM 177, 234) 1978-ci il təvəllüdlü V.Əliyev müəyyən olunaraq tutulub.