Əlaqə Arxiv
news Image
2020.01.16
16:27
| A A A
Avtoyuma məntəqəsindən qaçırtdığı “BMW” ilə qəza törətdi

Binəqədi rayonu ərazisindəki avtoyuma məntəqəsindən “BMW” markalı avtomobili qaçıraraq yol qəzası törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Sizin Reklam Yeriniz