Əlaqə Arxiv
news Image
2020.01.17
16:38
| A A A
Balakəndə “VAZ” piyadanı vurub öldürdü

Balakən rayonunun Talalar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata əsasən, yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz