Əlaqə Arxiv
news Image
2020.01.18
14:44
| A A A
Hacıqabulda Rusiya vətəndaşı sükan arxasında ölüb

Bakı-Qazax yolunda sürücü sükan arxasında ölüb.

Mövqe.az-ın məlumatına görə, hadisə yolun 155-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Rusiya Federasiyası vətəndaşı olan milliyyətcə azərbaycanlı, Göyçay rayonunda müvəqqəti yaşayan, 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi "Mercedes" markalı 90 UE 314 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. Sürücü avtomobili yolun kənarında saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib.

Sürücünün halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Briqada əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz