Əlaqə Arxiv
news Image
2020.01.19
15:42
| A A A
Salyanda əli dəzgahda qalan fəhlə üç barmağını itirdi

Dünən axşam "Salyan Pambıq" Açıq Səhmdar Cəmiyyətində istehsalat qəzası baş verib.

Mövqe.az virtualaz.org-a istinadən bildirir ki, zavodun 47 yaşlı fəhləsi, Neftçala rayonunun Qaraqaşlı kənd sakini İlkin Fərzalı oğlu Bayramov dəzgahda işləyərəkən ehtiyatsızlıq etdiyindən sol əlindən ağır xəsarət alıb. Hadisə nəticəsində İ.Bayramov sol əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz