Əlaqə Arxiv
news Image
2020.01.20
09:15
| A A A
Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mövqe.az-a verilən məlumata görə, PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Sizin Reklam Yeriniz