Əlaqə Arxiv
news Image
2020.01.20
18:42
| A A A
Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz