Əlaqə Arxiv
news Image
2020.01.23
13:05
| A A A
Bakıda oğurlanan avtomobil İmişlidə tapılıb
Bakıda avtomobil oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən "Zil" markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib. Görülmüş tədbirlərlə BDYPİ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinəğə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz