news Image
2020.01.25
18:05
| A A A
Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Sumqayıtda mənzildə 84 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-ci il təvəllüdlü İsmalina Raisa Georgiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.