Əlaqə Arxiv
news Image
2020.02.15
11:19
| A A A
Gəncədə sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

Gəncə şəhərində sərxoş sürücü avtomobilini öncə başqa bir avtomobilə, daha sonra hasara çırpıb, sonda isə piyadanı vurub.

Mövqe.az-ın məlumatına görə, Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi "QAZ-24" markalı avtomobilini qarşıdan gələn "VAZ-2106" markalı avtomobilə çırpıb.

Sərxoş sürücü hadisə yerindən qaçmaq istəyən zaman avtomobili qarşıdakı evin hasarına çırpıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd edərkən bu zaman piyadını vurub. Nəticədə piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sizin Reklam Yeriniz