Əlaqə Arxiv
news Image
2020.02.15
18:07
| A A A
9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayanlar saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılmışlar.

Sizin Reklam Yeriniz