Əlaqə Arxiv
news Image
2020.02.16
17:56
| A A A
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq, 285 qram küstar üsülla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr CM-nin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram küstar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.

Bu barədə Mövqe.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz