Əlaqə Arxiv
news Image
2020.02.18
11:34
| A A A
Bakıda yanan evdə qadın meyiti aşkarlanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizin Reklam Yeriniz