Əlaqə Arxiv
news Image
2020.02.18
13:26
| A A A
Keçmiş məhkumdan “Makarov” tipli tapança və patronları götürüldü

Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz