Əlaqə Arxiv
news Image
2020.02.19
18:42
| A A A
Bakıda Ağciyər İnstitutunda ölənlərin sayı 23-ə çatdı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda növbəti ölüm hadisəsi baş verib.

Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, xəstəxanada bu gün 1954 və dünən 1978-ci il təvəllüdlü azərbaycan vətəndaşları dünyasın dəyişib. 

Belə ki, xəstə ... oğlu 1954-cü il təv. 13.02.2020-ci il tarixində saat 02.10-da I Reanimasiya şöbəsinə “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi qırtlağın stenozu” diaqnozu ilə yerləşdirilmişdir.

Anamnezindən məlum olmuşdur ki, xəstəyə MOM-də “Qırtlağın xərçəngi” xəstəliyinə görə kimyəvi terapiya təklif olunmuş, lakin xəstə və qohumları bundan imtina etmişdilər.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 19.02.2020-ci il tarixində saat 06.50-də bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Qırtlağın Cr-i, stenozla ağırlaşma. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, subremissiya mərhələsi”

Xəstə ... 1978-ci il təv. ETACXİ-na 18.02.2020-ci il tarixində saat 16.10-da kritik ağır vəziyyətdə daxil olmuş və “İki tərəfli pnevmoniya, ağır gedişli. Kəskin ağciyər-ürək çatmamazlığı. Şəkərli diabet II tip” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 18.02.2020-ci il tarixində saat 19.10-da bioloji ölüm qeyd olunmuşdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. 

Bununla da son iki ayda sözügedən xəstəxanada ölənlərin sayı 23-ə çatıb.

Sizin Reklam Yeriniz